ABŞ hərbçiləri Kabil hava limanında havaya atəş açdı – AFP agentliyi

ABŞ hərbçiləri Kabil hava limanında havaya atəş açdı – AFP agentliyi

Hazırda oxunan: ABŞ hərbçiləri Kabil hava limanında havaya atəş açdı – AFP agentliyi

32865

Kabil hava limanında bir çox insan uçuş-enmə zolağına girəndə ABŞ hərbçiləri havaya xəbərdarlıq atəşi açıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Agence France-Presse” nəşri yayıb.

"Burada çox qorxuram. Havaya xeyli atəş açırlar. Bir qızın necə əzildiyini və öldürüldüyünü gördüm". Agentliyin istinad etdiyi şahid belə deyib.

Daha əvvəl Əl-Cəzirə telekanalı uçuşların intensivliyi səbəbindən Əfqanıstan paytaxtının hava limanında xaos hökm sürdüyünü bildirib.

Müxtəlif diplomatik missiyaların işçiləri tələm-tələsik şəhəri tərk edirlər.

Xatırladaq ki, Əfqanıstanda vəziyyət son həftələrdə kəskinləşib. Amerika qoşunlarının ölkədən çıxarılması fonunda Taliban hücumlarını gücləndirib.

Bazar günü mediada üsyançıların bütün sərhəd keçidlərinə nəzarəti ələ keçirdikləri bildirilib. Həmin gün silahlı şəxslər prezident sarayına girdiklərini elan ediblər.

Dövlət başçısı Əşrəf Qani qaçıb, harada olduğu bilinmir. Bazar ertəsi gecəsi Taliban siyasi bürosunun sözçüsü Məhəmməd Naim müharibənin bitdiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO