Türkiyə sahillərində Qara dənizin rəngi qəhvəyiyə dönüb.
Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, dəniz sularının öz rəngini dəyişməsi Türkiyədəki sel fəlakətilə əlaqədardır.
Məhz təbii fəlakət nəticəsində tonlarla palçıq, eləcə də avtomobil, ağac və digər əşyalar dənizə tökülüb ki, bu da onun sularının öz rəngini dəyişməsinə səbəb olub.
Bizim.Media