Ermənilərdən İDDİA – “Azərbaycan ordusu Xankəndidədir!” - VİDEO

Hazırda oxunan: Ermənilərdən İDDİA – “Azərbaycan ordusu Xankəndidədir!” - VİDEO

30735

Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan ordusunun Xankəndinə daxil olması barədə məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, hətta orada yaşayan bəzi ermənilərin artıq şəhəri tərk etməsi barədə də məlumatlar yayılıb.  

Yayılan şayiələr arasında bəzi seperatçı rejimin nümayəndələrinin artıq bu barədə Azərbaycan höküməti ilə razılığa gəlməsi haqqında da iddialar yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidən YENİ FOTOLAR


Separatçı administrasiyanın nümayəndəsi Unan Tadevosyan isə xalqı sakit olmağa çağırıb. O, qeyd edib ki, Xankəndində polis sutka boyu növbətçilik həyata keçirir. 

Bundan başqa Xankəndi sakinlərindən biri gecə saatlarında səmada uçan təyyarənin görüntülərini lentə alaraq sosial şəbəkədə paylaşıb.

Ermənilər təyyarənin Azərbaycana aid olduğunu iddia ediblər. 

Sözügedən görüntünü təqdim edirik: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO