Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Hazırda oxunan: Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

270882

Ukrayna 57-ci motoatıcı briqadanın döyüşçüləri Volçansk istiqamətində keniyalı yüngül atlet Evansı əsir götürüblər.

Bizim.Media xəbər verir ki, bu barədə görütnüləri UNİAN nəşri yayıb.

O, dindirilmə zamanı bildirib ki, Rusiyaya, xüsusilə də Sankt-Peterburqa getməyi ona və daha üç keniyalıya idman agenti təklif edib. 

Səyahətin sonunda onları müşayiət edən şəxs qrupdan Rusiyada qalmağı və işləməyi təklif edib.
 

Razılaşaraq rus dilində sənədlərə imza atan keniyalı, bilmədən hərbçi kimi işə götürüldüyünü deyib. 


Evansın sözlərinə görə, imtina edə bilməyib, çünki ona artıq müqavilə imzaladığını, əgər imtina etsə, güllələnəcəyini bildiriblər.

Onu bir həftə ərzində avtomatla davranma qaydalarına öyrədiblər. Rus əsgərləri ingilis dilini bilmədikləri üçün hər şeyi ya itələməklə, ya da əllərindən dartmaqla izah ediblər. Keniyalı vurğulayıb ki, onun bölməsində bir neçə əcnəbi də olub.

Evans deyib ki, təlimdən sonra ilk döyüş tapşırığına gedərkən qaçıb və iki gün Volçansk yaxınlığında meşələrdə dolaşıb. 

Nəticədə ukraynalılar onu isti qarşılayıblar. Lakin Evans xahiş edib ki, onu ruslara dəyişməsinlər, çünki əminliklə bildirib ki, Rusiyaya qaytarılacağı təqdirdə onu öldürəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO