Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin ailəsi dövlət orqanları tərəfindən məcburi köçürülür.
Bizim.Media xəbər verir ki, ailənin ən kiçik qızı Aliya Şagievanın sözlərinə görə, qapı güc tətbiq olunaraq açılıb və heç bir sənəd təqdim edilməyib.
Dövlət Əmlak İdarəetmə Agentliyi bəyan edib ki, evin yerləşdiyi torpaq sahəsi dövlətin istismarına qaytarılıb və burada qocalar evi və uşaq bağçası tikintisi planlaşdırılır.
Qeyd edək ki, Almazbek Atambayev daha əvvəl qiyabi olaraq 11,5 il həbs cəzasına məhkum edilib. O, korrupsiya, torpaq sahəsinin qanunsuz ələ keçirilməsi və kütləvi iğtişaşların təşkili ittihamları ilə əmlak müsadirəsi ilə birlikdə cəzalandırılmışdı.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
							21:45 / 13.09.2025
							
						Eks-prezidentin ailəsi məcburi qaydada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO
						
							
								Hazırda oxunan: Eks-prezidentin ailəsi məcburi qaydada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO							
						
					
					
					
								Hazırda oxunan: Eks-prezidentin ailəsi məcburi qaydada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO							
						270283
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
 
					































































































