İsrailin Qətərə hücumu Trampı QƏZƏBLƏNDİRDİ – VİDEO

İsrailin Qətərə hücumu Trampı QƏZƏBLƏNDİRDİ – VİDEO

Hazırda oxunan: İsrailin Qətərə hücumu Trampı QƏZƏBLƏNDİRDİ – VİDEO

269676

ABŞ prezidenti Donald Tramp İsrailin Qətərdə Fələstinin HƏMAS hərəkatının rəhbərliyinə hücumundan narazı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında bu barədə danışıb.
 

"Bu vəziyyətdən razı deyiləm. Bu, yaxşı vəziyyət deyil. Girovların geri qaytarılmasını istəyirik, lakin bu hücumun baş verməsindən məmnun deyilik", - Tramp deyib.


Qeyd edək ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Doha şəhərində HƏMAS liderlərinin olduğu binaya hava zərbəsi endirib.

Hücum nəticəsində altı nəfər həyatını itirib. Hadisədən sonra Qətər Qəzza danışıqlarında vasitəçilikdən çıxdığını elan edib. BMT-nin baş katibi Antonio Quterreş isə İsrailin Dohada HƏMAS liderlərinə qarşı endirdiyi zərbəni pisləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO