
- A-
- A
- A+
Ukrayna ilə Rusiya BARIŞDI - Sonra yenə dava düşdü - VİDEO
Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) “Twitter” səhifəsi Ukrayna komandasına azarkeşlik edən bir nəfərin boynundan Rusiya bayrağı asılan fanatı qucaqladığı haqda foto paylaşıb. Paylaşımdan sonra hər iki şəxs arasında stadionda dava düşüb.
Bizim.Media xəbər verir ki, informasiya “rambler.ru” saytında yerləşdirilib.
Xatırladaq ki, dörddəbir finalda İsveçə 2:1 hesabı ilə qalib gələn Ukrayna futbolçuları növbəti mərhələdə İngiltərə ilə üz-üzə gələcək.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna millisi ilk dəfə Avropa çempionatında 1/4 finalda - VİDEO
Qarşılaşma 3 iyul tarixində Romada, Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Ukraynalılar C qrupunda üçüncü yeri tutublar. Andrey Şevçenkonun yetirmələri Niderlanda (2:3) və Avstriyaya (0:1) məğlub olub, Şimali Makedoniyaya (2:1) qalib gəlib.
İngiltərə komandası isə Almaniya millisini 2:0 hesabı ilə udaraq Avropa çempionatının dörddəbir finalına vəsiqə qazanıb.
Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































