Bayden Britaniyada “Putinə ABŞ-ın geri döndüyünü bildirəcəm” dedi - VİDEO

Hazırda oxunan: Bayden Britaniyada “Putinə ABŞ-ın geri döndüyünü bildirəcəm” dedi - VİDEO

24269

Prezident Co Bayden Britaniyada ABŞ ordusunun hərbçiləri qarşısında çıxışı zamanı Putinlə görüşmək planlarından danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Ağ Evin sahibinin "Putinə ABŞ-ın geri döndüyünü bildirəcəyəm” ifadəsi alqış sədaları altında qarşılanıb.

Mənbə bildirir ki, ABŞ-ın 1 nömrəli təyyarəsi Britaniya krallığının Hərbi Hava Qüvvələrinin Saffolkdakı Mildenhall bazasına enib. Co Bayden endikdən dərhal sonra hərbçilər qarşısında çıxış edib. 

Çıxışında o, ABŞ üçün qlobal istiləşməni də əsas təhlükə adlandırıb. İddialara görə, ona Pentaqonda belə deyilib. Çıxış Amerika kanallarında yayımlanıb.

Bundan əvvəl Bayden ölkədə üstünlük təşkil edən ağların fikir və hərəkatını da prioritet bir təhlükə adlandırmışdı.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin