Qərbi Azərbaycan İcmasının beynəlxalq konfransına 51 ölkədən nümayəndə QATILACAQ - VİDEO

Qərbi Azərbaycan İcmasının beynəlxalq konfransına 51 ölkədən nümayəndə QATILACAQ - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının beynəlxalq konfransına 51 ölkədən nümayəndə QATILACAQ - VİDEO

222257

Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfransı keçiriləcək.

Bizim.Media xəbər verir ki, Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir.
 

Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.


Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq.

Qeyd edək ki, 5 dekabr Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO