Dünyanın ən ucaboy qadını Rumeysa Gelgi və ən qısaboylu qadını Cioti Amqe yenidən bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi “İnstagram” hesabında video paylaşıb.
Belə ki, Ginnes rəsmiləri tərəfindən həmin qadınların boyu yenidən ölçülüb.
Qeyd edək ki, dünyanın ən hündür qadını 27 yaşlı türkiyəli Rumeysa Gelginin boyu 215,16 sm, ən qısaboylu qadını 30 yaşlı hind aktrisası Cioti Amqenin isə 62,8 sm boyu var.
Xatırladaq ki, onlar ötən həftə Londonda görüşüb, söhbət etmişdilər.
Bizim.Media