“Qərb Ukraynanın bu müharibəsində qalib gəlməsini istəyir, lakin Rusiyanın bu müharibədə uduzmasını istəmir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib.
O qeyd edib ki, Qərb Rusiyanın məğlub olacağı təqdirdə yarana biləcək vəziyyətdən qorxur.
Sabiq nazir müharibənin indiki gedişatını da məhz Qərbin bu cür siyasət yürütməsi ilə əlaqələndirib.
Xatırladaq ki, Kuleba 4 sentyabr 2024-cü ildə xarici işlər naziri vəzifəsindən istefa verib.
Bizim.Media