Vüsalə Əlizadə: "Səni itirmək çox çətindir..." - VİDEO

Hazırda oxunan: Vüsalə Əlizadə: "Səni itirmək çox çətindir..." - VİDEO

20234

Aparıcı Vüsalə Əlizadə ötən gün dünyasını dəyişən mərhum müğənni Aslan Hüseynovdan yazıb.

Bizim.Media xəbər verir ki, aparıcı "İnstagram" hesabında Aslanın ifasını paylaşıb:

"Hər halımda, yaxşı, pis günümdə Allahıma şükr edən bəndəyəm... Kim olursan ol,hansı rütbədə olursan ol, son mənzilin qara torpağın ağuşudur...

Amma bu vaxtda, bu yaşda, bu qismətlə, bu cür ölümlə sənin kimi insanı, dostu, sənətçini, həyat yoldaşını, atanı, oğulu itirmək çox çətindir, çox...

Bütün gün özümü də cümlələrimi də toparlaya bilməmişəm, dostum. Səninlə səmimi dostluğumuz,unudulmaz səfərlərimiz olub, pozitiv, zarafatcıl, aza çoxa önəm vermədən qane olan əziz qardaşım... Oxuduğun kimi səni unutmayacağıq...

Bəziləri kimi statusun, bərli-bəzəkli təxəllüslərin olmasa da ölüm xəbərinə hamı üzüldü, heyifsiləndi, yandı, heyif Aslandan dedi...

Deməli insan olmaq, adam kimi adam olmaq önəmlidir bu dünyada... Heyif səndən dostum... Necə deyim bilmirəm. Allah rəhmət eləsin".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO