Artıq qarpızlar xarab çıxmayacaq: Süni intellekt bu işdə də köməyimizə ÇATACAQ - VİDEO

Artıq qarpızlar xarab çıxmayacaq: Süni intellekt bu işdə də köməyimizə ÇATACAQ - VİDEO

Hazırda oxunan: Artıq qarpızlar xarab çıxmayacaq: Süni intellekt bu işdə də köməyimizə ÇATACAQ - VİDEO

200144

Tibbdən sənayeyə, elmdən sənətə, alış-verişdən bank əməliyyatlarına qədər bir çox sahədə istifadə edilən süni intellekt son zamanlar insanların gündəlik həyatda qarşılaşdıqları problemlərə müxtəlif həll yolları hazırlayır.

Bizim.Media xəbər verir ki, yayda tez-tez istehlak edilən, lakin seçimi çətin olan qarpızı almağa da süni intellekt kömək edə bilər.

Süni intellektin köməyi ilə ən yaxşı qarpızı seçmək üçün əvvəlcə qarpızların yerləşdiyi piştaxtanın fotosunu çəkmək və onu “ChatGPT” süni intellekt proqramına yükləmək lazımdır.
Daha sonra tətbiqdə “Şəkildəki ən yaxşı qarpız hansıdır?”, “Sizcə hansı qarpızı almalıyam?” kimi suallar verilir və ilk olaraq keyfiyyətli və ləzzətli qarpızın xüsusiyyətləri haqqında məlumat verilir.

Sonra süni intellekt fotodakı qarpızları bu meyarlara görə qiymətləndirir və onlardan birini tövsiyə edir.

Süni intellektlə bağlı müxtəlif araşdırmalar aparmış Abdullah Gül Universiteti Kompüter Mühəndisliyi kafedrasının dosenti. Dr. Zəfər Aydın bildirib ki, süni intellekt bir çox sahədə istifadə olunur və bəzi hallarda insanlardan daha uğurludur. Yaxşı meyvələrin seçilməsində də süni intellekt sistemlərindən istifadə edildiyini izah edən Aydın, beynəlxalq bir nəşrdə süni intellektin yaxşı meyvələrin seçilməsində 95-98 %, yaxşı qarpızların seçilməsində isə 98 % nisbətində müvəffəqiyyət nisbətinin olduğu təsbit edildiyini bildirib.

Türkiyənin Kayseri vilayətində Anadolu Agentliyinin müxbirləri ChatGBT süni zəka tətbiqinin yardımı ilə qarpız seçiblər. Tətbiqin seçdiyi qarpızı ərzaq mağazasına kəsdirən zaman onun çox sulu, qırmızı rəngdə və dadlı olduğu müəyyənləşib.
Həmin maraqlı görüntüləri təqdim edirik:
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO