Rusiyanın paytaxtı Moskvada azərbaycanlı ermənilərin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, azərbaycanlı xüsusi amansızlıqla Moskvanın "Sadovod" bazarında döyülüb.
Kadrlardakı şəxs özünü azərbaycanlı kimi təqdim edir və "Sadovod" bazarında kirayənişin olduğunu deyir. Ona 3 erməni hücum edib. Onlardan birinin adı Roma olub. Azərbaycanlının üzərindəki pullar da qarət olunub.
Bizim.Media