Bağlı qapı arxasında köməksiz qalan şəxs belə xilas edildi – VİDEO  

Hazırda oxunan: Bağlı qapı arxasında köməksiz qalan şəxs belə xilas edildi – VİDEO  

186840

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bununla bağlı Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalmış vətəndaşa müvafiq köməklik göstərilib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO