Yaşayış binasının lifti DAYANDI: Köməksiz qalan azyaşlı belə xilas edildi – VİDEO    

Hazırda oxunan: Yaşayış binasının lifti DAYANDI: Köməksiz qalan azyaşlı belə xilas edildi – VİDEO    

186793

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının texniki nasazlıq səbəbindən yeddinci mərtəbəsində dayanmış liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalmış 2016-cı il təvəllüdlü Y.Əliyevi xilas edərək yaxınlarına təhvil veriblər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO