Putindən Baydenin təhqiramiz ifadələrinə REAKSİYA: “Mən haqlı idim” - VİDEO

Putindən Baydenin təhqiramiz ifadələrinə REAKSİYA: “Mən haqlı idim” - VİDEO

Hazırda oxunan: Putindən Baydenin təhqiramiz ifadələrinə REAKSİYA: “Mən haqlı idim” - VİDEO

179437

Kazanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin Rusiya liderinin ünvanına nalayıq ifadələr işlətməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, “Rossiya” telekanalının jurnalistinin müvafiq sualına cavabında Putin bildirib ki, hələ də ABŞ-da gələcək prezident seçkilərində Baydenin qələbəsini üstün hesab edir.

“Məndən siz daha əvvəl soruşanda ki, ABŞ prezidentliyinə namizədlər arasında kimi üstün görürəm, mən dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha üstündür. Və Baydenin dediklərinə əsasən, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır".

Putin bildirib ki, Baydenin bu reaksiyası başqa cür səslənə bilməzdi:

“O, mənə deyə bilməzdi ki, “Volodya, çox sağ ol, mənə çox kömək etdin”, odur ki, məhz bu şəkildə də mənim haqlı olduğumu ifadə etdi. Biz daxili siyasi nöqteyi-nəzərdən orada baş verənləri başa düşürük və bu reaksiya tamamilə adekvatdır. 

Əgər məndən bir daha soruşsanız ki, “ABŞ rəhbərliyinə ən üstün namizəd kimdir?” Cavabım yenə eyni olacaq: Bayden”, - deyə Putin qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini ağır ifadələrlə təhqir edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO