Rusiya ordusu Ukraynaya raket və dronlarla zərbə endirdi - FOTO/VİDEO

Rusiya ordusu Ukraynaya raket və dronlarla zərbə endirdi - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya ordusu Ukraynaya raket və dronlarla zərbə endirdi - FOTO/VİDEO

177016

Rusiya ordusu Ukraynaya raket və dronlarla hücum edib.

Bizim.Media Ukraynanın Telegram kanallarına istinadən xəbər verir ki, partlayışlar Ukraynanın Kiyev, Xarkov, Nikolayev, Lvov və Çerkassı vilayətlərində baş verib. Yaşayış binalarına və infrastruktura ziyan dəyib. Bəzi yerlərdə yanğınlar olub.

Lvov vilayətindəki raket Polşa istiqamətinə doğru uçub və sərhədə 20 km  qalmış 180 dərəcə geri dönüb. Polşanın üç F-16 təyyarəsi raketin qarşısını almaq üçün havaya qalxıb.
Ukraynaya kütləvi hücum nəticəsində insan tələfatı ilə bağlı ilkin məlumatlar ortaya çıxıb. Kiyevdə 11 nəfər, o cümlədən hamilə qadın yaralanıb. 18 mərtəbəli binaya ziyan dəyib. Dağıntılar altında ölənlərin olduğu deyilir.

Nikolayevdə 1 nəfər ölüb. 20 fərdi evə və qaz şəbəkəsinə ziyan dəyib. Xarkov vilayətində isə 2 nəfər xəsarət alıb.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, ölənlərin sayı 4 nəfərə çatıb. O bildirib ki, ölənlərin hamısı 18 mərtəbəli yaşayış binasının sakinləridir. Daha 32 nəfər yaralanıb.
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO