“Araz” supermarketlər şəbəkəsi vətəndaşa xarab olmuş “Stet” konfetləri satıb.
Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, bu barədə şikayət edən vətəndaş görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Onun sözlərinə görə, xarab olmuş konfeti “Araz” supermarketlər şəbəkəsinin İnşaatçılardakı A.M.Şərifzadə 128A ünvanında yerləşən filialından alıb:
“Vəziyyətə baxın. Yaxşı ki, kiməsə pay verilməyib, qonaq süfrəsinə qoyulmayıb. Bu biabırçılıqdır. Əlaqə nömrələrinə də cavab verən yoxdur. Bu, müştəriyə qarşı hörmətsizlikdir”.
Vətəndaşın paylaşımına “Araz” tərəfindən belə şərh yazılıb:
“Hörmətli müştərimiz, zəhmət olmasa, qeyd olunan məsələnin tərəfimizdən araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün ismarıc bölməsinə əlaqə nömrənizi qeyd edərdiniz”.
Bizim.Media