Həkimdən blogerə DƏSTƏK – Valideynlə yaşayan cütlüklər cinsi problem YAŞAYIRLAR? – VİDEO 

Həkimdən blogerə DƏSTƏK – Valideynlə yaşayan cütlüklər cinsi problem YAŞAYIRLAR? – VİDEO 

Hazırda oxunan: Həkimdən blogerə DƏSTƏK – Valideynlə yaşayan cütlüklər cinsi problem YAŞAYIRLAR? – VİDEO 

165269

Teleaparıcı və bloger Səma Abıyeva Ülvira Qarayevanın "Astar" verilişində sensasion sayıla biləcək açıqlamalar verib. O bildirib ki, Azərbaycanda seks problemdir:

“Gənc ailələrin valideynlərdə bir evdə yaşamasın onların rəngli seks həyatına maneədir. Seksual tələbatın ödənməməsi insanların işdə, avtobusda və başqa ictimai yerıərdə aqressiv davranışlarına səbəb olur”.

Məsələyə seksopatoloq Ramil Quliyevin münasibətini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Səma Ağayevanın dediklərində müəyyən həqiqət var:

“Cinsi uyğunluğu olan və rəngarəng seks yaşamaq istəyənlər üçün bu şərait uyğun deyil. Hətta bu onların arasındakı münasibətlərin soyumasına, cinsi həvəsin azalmasına gətirib çıxara bilər. Belə vəziyyət boşanmaya qədər gedib çıxa bilər. Amma cinsi uyğunsuzluğu olan və yalnız ailə xatirinə ailə quran, eləcə də valideynlərin təhriki ilə evlənən və seks istəyi, seks savadı az olanlar üçünsə bu heç bir anlam daşımır. 

Əksinə belə vəziyyət həmin adamları aktiv cinsi əlaqədə olmaqdan çəkindirir.

Yəni valideynlərlə bir yerdə yaşayan və cinsi həvəsi az olan cütlüklər üçün bu bir bəhanə də ola bilər. Həmin cütlüyün biri digərinə bəhanə gətirə bilər ki,”evdə adam var”, “anangil səsimizi eşidər”, “ayıbdır”  və s. Əslində ailələr və hislər müxtəlif olduğu kimi fikirlər də müxtəlif ola bilər. Bu mənada Səma xanımın fikirlərini bütün cütlüklərə aid eləmək olmaz”. 
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO