Zaxarova: “Paşinyan və onun Qərb əlaltıları Azərbaycanla razılaşmaları pozurlar” - VİDEO 

Zaxarova: “Paşinyan və onun Qərb əlaltıları Azərbaycanla razılaşmaları pozurlar” - VİDEO 

Hazırda oxunan: Zaxarova: “Paşinyan və onun Qərb əlaltıları Azərbaycanla razılaşmaları pozurlar” - VİDEO 

164551

“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun dırnaqarası dostları sayılan Qərb əlaltıları Azərbaycanla razılaşmaları pozurlar”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın növbəti demarşı - Paşinyan KTMT-nin sammitinə getməyəcək


Zaxarova bildirib ki, məhz onlar üçtərəfli razılaşmaların həyata keçirilməsinə, İrəvanla Bakının barışmasına mane olurlar:

“ABŞ və Avropa İttifaqının tövsiyəsi əsasında hərəkət edən Ermənistan regional kommunikasiyaların gələcək konfiqurasiyası ilə əlaqəsini kəsmək riski ilə üzləşir”. 

O bildirib ki, Rusiya Federasiyası Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun razılaşmaları çərçivəsində şəffaf, qarşılıqlı faydalı şərtlərlə Cənubi Qafqazda kommunikasiyaların tamamilə açılmasının tərəfdarıdır. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO