Hikmət Hacıyev: “Azərbaycan Ermənistanın işğalı nəticəsində minalarla çirklənib” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Ermənistanın işğalı nəticəsində minalarla çirklənib” - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan Ermənistanın işğalı nəticəsində minalarla çirklənib” - VİDEO

161019

Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edir ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu X sosial platformasında Azərbaycanın Ampute Futbol Komandası ilə bağlı paylaşımında bildirib.

“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır.

Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası "ölüm toxumları" - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, - deyə Hikmət Hacıyev qeyd edib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO