Avtomobillərin şüşəsini sındırıb oğurluq edən SAXLANILDI - VİDEO

Avtomobillərin şüşəsini sındırıb oğurluq edən SAXLANILDI - VİDEO

Hazırda oxunan: Avtomobillərin şüşəsini sındırıb oğurluq edən SAXLANILDI - VİDEO

142951

Paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub. 

Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib. Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. 
İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO