İlham Əliyevin erməni idmançıya JESTİ – 8 il FƏRQLƏ yenə GÜNDƏM - VİDEO 

İlham Əliyevin erməni idmançıya JESTİ – 8 il FƏRQLƏ yenə GÜNDƏM - VİDEO 

Hazırda oxunan: İlham Əliyevin erməni idmançıya JESTİ – 8 il FƏRQLƏ yenə GÜNDƏM - VİDEO 

127390

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ehtiram əlaməti olaraq ayağa qalxır. 

Erməni azarkeşlər isə Türkiyə-Ermənistan oyununda qardaş ölkənin dövlət himnini səslənərkən fitə basıblar. Bu isə tək Azərbaycan və Türkiyədə deyil, bütün idman ictimaiyyətində tənqidlə qarşılanıb. 
Qeyd edək ki, sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb. 

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu. 

Qeyd edək ki, İrəvanda baş tutan görüşdə ermənilər Türkiyə himnini fitə bassa da, Türkiyədə baş tutacaq oyunda yerli azarkeşlər Ermənistan himninə ehtiram göstərəcəklərini bildiriblər.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO