Dünyanın ən böyük noutbuku HAZIRLANDI - VİDEO 

Dünyanın ən böyük noutbuku HAZIRLANDI - VİDEO 

Hazırda oxunan: Dünyanın ən böyük noutbuku HAZIRLANDI - VİDEO 

123596

Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, noutbukun çəkisi 45 kiloqramdır və ekran ölçüsü 43 düymdür. 

Qeyd edək ki, adi noutbukların ekranı adətən 15 düym civarında, çəkisi isə 1-3 kq arasında dəyişir.
Yeni kompüterdə 43 düymlük (109 sm) televizor ekranından istifadə edilib. Nəhəng cihazın oyun oynayarkən 260 Vt-a qədər enerji istehlak edə biləcəyi bildirilib. 

Cihazda iki böyük batareya və gizli bir "Intel NUC 11" olduğu deyilir. "Intel Core i7-1165G7" prosessoru və "RTX 2060" qrafik kartı bu nəhəng kompüterdə mövcud olan avadanlıqlar arasındadır. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO