Moderator.az-ın məlumatına görə, Rionegro şəhər meri Hernan Ospina Sepulveda və Yarışma meneceri Fernando Picanın xüsusi dəvəti ilə festivala qatılan Seyran Cəfərli Rionegroda bir çox önəmli tədbirlərdə iştirak edib, fərqli ölkələrdən münsiflər heyəti tərkibində iştirak edən həmkarları ilə birgə fikir mübadiləsi aparıb.
Təqdimetmə və açılış mərasimində çıxış edən Rionegro şəhər meri Hernan Ospina Sepulveda münsiflər heyətini salamlayıb və qonaqları şəhər merliyi adından diplomla təltif edib. Mərasimdə söz alan Seyran Cəfərli Azərbaycan ve Kolumbiya dövlətləri arasındakı mədəni əlaqələrin bundan sonra da inkişaf edəcəyini, hər iki ölkə sənətçilərinin birgə yaradıcılıq mübadiləsinin vacibliyini qeyd etməklə bərabər, rəhbəri olduğu Karikatura Xəbər Mərkəzi veb portalının xüsusi medalını karikaturanın inkişafındakı xidmətlərinə görə Rionegro şəhər meri Hernan Ospina Sepulvedaya ve yarışma meneceri Fernando Picaya təqdim edib. 10 gün davam edən tədbirdə qonaqlar Rionegro Milli Universitetinə baş cəkmiş Rionegro şəhərinin bir çox görməli yerləri ilə yaxından tanış olublar.


























































































