British Council sizi Şekspirin “Qlobus”x9d teatrının “Hamlet”x9d tamaşasına dəvət edir. Tamaşa 3 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus”x9d Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxmışdır. Bu misilsiz layihənin məqsədi “Hamlet”x9d tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.
Şekspir Qlobus teatrının bədii rəhbəri və “Hamlet”x9d tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet”x9d layihəsi “Hamlet”x9d tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunması məqsədilə yaradılıb.
Turnemizin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq, hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hazırda tamamlanıb və “Hamlet”x9d tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı üçün nümayiş olunub.
British Council Azərbaycanın direktoru Elizabet Vayt bildirib: “Dünya turnesi çərçivəsində Şekspirin “Qlobus”x9d teatrını “Hamlet”x9d tamaşası ilə Bakıda qarşılamağa şadıq. Azərbaycan tamaşaçısı bu sənət əsərini tanıyır və sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq. Biz Şekspirin ildönümünü növbəti il də qeyd etməyə davam edəcəyik : “Gəlmişik xoş niyyətlə, Bir xeyirxah sənətlə”x9d.
Tamaşa ingilis dilində və azərbaycan dilində subtitrlərlə numayiş olunacaq. Biletləri şəhərin bilet kassalarından əldə edə bilərsiniz.
British Council Azərbaycan fürsətdən istifadə edib Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Akademik Dram Teatrına və Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edir.

































































































