Kitabsevərlərin DİQQƏTİNƏ: 4-cü Milli Kitab Sərgisi KEÇİRİLƏCƏK - FOTO 

Kitabsevərlərin DİQQƏTİNƏ: 4-cü Milli Kitab Sərgisi KEÇİRİLƏCƏK - FOTO 

Hazırda oxunan: Kitabsevərlərin DİQQƏTİNƏ: 4-cü Milli Kitab Sərgisi KEÇİRİLƏCƏK - FOTO 

93369

24 sentyabr - 1 oktyabr tarixlərində Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisi keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçısı “Qanun” Nəşrlər Evindən verilən məlumata görə, sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edə biləcəklər.

Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Bir həftə ərzində oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər.
Eyni zamanda, yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.

Sərginin daha maraqlı keçməsi üçün təklif və arzular da nəzərə alınır.

Hazırlıq işləri ilə bağlı əlavə məlumat veriləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO