“Şuşa qalası” layihəsinə start verildi

“Şuşa qalası” layihəsinə start verildi

Hazırda oxunan: “Şuşa qalası” layihəsinə start verildi

81728

Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” layihəsinə start verib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, layihə çərçivəsində hər buraxılış Şuşanın bir məhəlləsində çəkiləcək. 

Məhəllədə olan tarixi tikililər, küçə ilə bağlı mənbələrə istinad, bu məhəllənin adət-ənənələri, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumat veriləcək.
Əsrlər boyu burada kök salmış nəsillər barədə informasiya təqdim olunacaq. Videoçarxlarda həmçinin mədəniyyət beşiyimiz Şuşada aparılan yenidənqurma və bərpa prosesi də önə çəkiləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO