“Molla Nəsrəddin” ensiklopediyası ilk dəfə çap olundu

“Molla Nəsrəddin” ensiklopediyası ilk dəfə çap olundu

Hazırda oxunan: “Molla Nəsrəddin” ensiklopediyası ilk dəfə çap olundu

8104

“Molla Nəsrəddin” jurnalının ensiklopediyası ilk dəfə hazırlanaraq çap olunub.

Bizim.Media xəbər verir ki, ensiklopediya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb.

Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən sanballı nəşr Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görüb.

Nəşrin tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.

Korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.

Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxildir.

Əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.

“Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözdə akademik İsa Həbibbəyli yazır:

“Molla Nəsrəddin” ensiklopediyası” Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır”.

İsa Həbibbəyli və Gülbəniz Babayevanın yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” məqalədə ümummilli liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir.

466 səhifəlik ensiklopediya “Elm” nəşriyyatında çap olunub. Məqalələr əlifba sırası ilə düzülüb.

Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar, mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib.

Həmçinin, mollanəsrəddinçilərdən bəsh edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO