Azərbaycanlı rejissor Krımda keçirilən film festivalında iştirakdan niyə imtina etdi? – ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanlı rejissor Krımda keçirilən film festivalında iştirakdan niyə imtina etdi? – ÖZƏL AÇIQLAMA 

75736

Azərbaycanlı kinorejissor Tahir Tahiroviç Ukraynadakı müharibə ilə əlaqədar filminin Rusiya təşkilatçılığı ilə keçirilən festivalda iştirakından imtina edib.

Bu barədə Bizim.Media-ya açıqlama verən rejissor Tahir Tahiroviç bildirib ki, “Qırmızı” adlı filmi “Zolotoy Vityaz” festivalına keçən il agentlik tərəfindən göndərilib.

“Filmimin Krımda keçiriləcək festivalda iştirakından üç gün öncə xəbər tutdum və öz adımdan ərizə yazaraq filmin həmin festivaldan çıxarılması ilə bağlı təşkilatçılara müraciət ünvanladım”.
Filmin festivaldan çıxarılması ilə bağlı təkidinə gəlincə isə rejissor vurğulayıb ki, məhz Ukraynada müharibə getdiyi zaman filminin  “Zolotoy Vityaz” festivalında nümayiş etdirilməsini mənəvi olaraq doğru hesab etmir:

“Bəlkə də, başqa bir zaman bu festival  Rusiyanın hər hansı bir şəhərində keçirilsəydi, mən ona razılıq verə bilərdim. Amma Ukraynada Vətən müharibəsi getdiyi zaman Kırımda nümayişkarcasına festival təşkil olunmasını doğru hesab etmirəm. Çünki Vətən müharibəsi görmüş bir ölkənin vətəndaşı kimi bunun nə demək olduğunu yaxşı başa düşürəm”.

İncəsənətin həmişə siyasətdən ayrı olduğunu söyləyən rejissor onu da qeyd edib ki, incəsənət və kino ilə əlaqədar baş verən hər hansı bir hadisəyə siyasi don geyindirilməsinin əleyhinədir:

“İncəsənət sərhəd tanımır və bu mənada mənim filmlərimin heç zaman Rusiya festivallarına qatılmaması kimi fikrim yoxdur. Filmlərim dəfələrlə Rusiya festivallarına, eləcə də “Zalatoy Vityaz” festivalına qatılıb və qalib olub. Sadəcə indiki məqamda festivalın Krımda keçirilməsi mənim üçün xoş olmadı”.
Qeyd edək ki, qısa metrajlı film olan “Qırmızı” 2020-ci ildə Rejissor Tahir Tahiroviç tərəfindən kinoşünas Sevda Sultanovanın ssenarisi əsasında çəkilib. Filmdə kimsəsiz bir uşağın təbiətlə mübarizəsindən bəhs edilir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO