Xaçmazda bu tarixdə “Yaz festivalı” keçiriləcək – KİMLƏR iştirak edəcək?

Hazırda oxunan: Xaçmazda bu tarixdə “Yaz festivalı” keçiriləcək – KİMLƏR iştirak edəcək?

74036

Mayın 14-də, saat 11:00-da Kənd Təşərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, festivalda nazirlik rəsmiləri, alimlər, fermerlər, kənd təsərrüfatı istehsalı vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.

Festivalın keçirilməsində məqsəd müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının öz məhsullarını nümayiş etdirməsi, fermerlərin bu məhsullara əlçatanlığının təmin edilməsi, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsidir.
İştirakçıların rahatlığını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri təşkil ediləcək və onlar xüsusi endirimli hotellərlə təmin ediləcək.

Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO