Cənnət Səlimovadan Rafael və Coşqun haqqında SƏRT SÖZLƏR: “Heç biri teatra yaramır”  

Hazırda oxunan: Cənnət Səlimovadan Rafael və Coşqun haqqında SƏRT SÖZLƏR: “Heç biri teatra yaramır”  

73837

“Rafael və Coşqunu uzun illərdir tanıyıram. Hər ikisi istedadlı aktyorlardır, amma onların heç birində teatrda işləmək bacarığı görmürəm”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq Artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Cənnət Səlimova söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rüstəm İbrahimbəyovu Rasim Balayev əvəzləyəcək


Xanım rejissorun sözlərinə görə Rafael və Coşqun uzun illərdir estrada aktyoru kimi fəaliyyət göstərdikləri üçün hazırda teatr mühitindən kənarda qalıblar:

“Onlar öz seçimləri ilə estradada fəaliyyət göstərməyi seçiblər. Əgər teatrı seçsəydilər, bəlkə də nə vaxtsa rejissor kimi onlarla işləyə bilərdim. Ümumilikdə isə indi mənim tamaşalarımda çəkilən istedadlı aktyorlar çoxdur. Etiraf edim ki, aktyor kimi hazırda Rafael və Coşquna isə ehtiyacım yoxdur. Teatrımızda qəfil hər hansı formada aktyorlarla işləməyə ehtiyac yaransa belə, indi Rafael və Coşqunla işləməzdim. Çünki onlar ancaq estrada janrında istedadlıdırlar. Mənim çalışdığım teatrda isə tamam başqa qanunlar var”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO