
- A-
- A
- A+
Mədəniyyət
12:30 / 09.05.2022
Alban-Udi və digər xristian icmaları Kəlbəcərdə - FOTO
Hazırda oxunan: Alban-Udi və digər xristian icmaları Kəlbəcərdə - FOTO
73415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavənd məbədinə Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib.
Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə birgə, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb.
Öncəliklə, onlar məbəddə dini ayin icra edərək dualar oxuyacaq və şamlar yandıracaqlar.
Qeyd edək ki, səfər iştirakçıları hal-hazırda Murovdağ dağ silsiləsinin Ömər zirvəsini keçərək Kəlbəcər rayonu ərazisinə daxil olublar.
Elgün Gəmcimsoy, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































