Şuşada Xarıbülbül Festivalında 10 ölkənin musiqiçiləri iştirak edəcək - VİDEO

Şuşada Xarıbülbül Festivalında 10 ölkənin musiqiçiləri iştirak edəcək - VİDEO

Hazırda oxunan: Şuşada Xarıbülbül Festivalında 10 ölkənin musiqiçiləri iştirak edəcək - VİDEO

73328

Şuşada keçiriləcək V Xarıbülbül Beynəlxalq Folklor Festivalında 10 ölkədən musiqiçilər iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı təşkil olunacaq.

Festivalın 2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub.

İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

Sayca beşinci festivalda 10 ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO