Qubada ədəbiyyat festivalının açılış mərasimi keçirildi - FOTO

Qubada ədəbiyyat festivalının açılış mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Qubada ədəbiyyat festivalının açılış mərasimi keçirildi - FOTO

72253

Bu gün Qubada "Sonda ədəbiyyat qalib gələcək" Beynəlxalq Silkway Ədəbiyyat Festivalının Azərbaycan turunun rəsmi açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, millət vəkili, akademik Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Quba rayon icra başçısının birinci müavini Tariyel İbrahimov, gənc yazarlar iştirak ediblər.

Tədbirdə tanınmış şair, Qubadakı "Ay işığı"ədəbi məclisinin sədri Ramiz Qusarçaylıya 2022-ci il poeziya ilinin ən yaxşı əsərinə görə Azərbaycan Yazıçılar Birliyinin Əhməd Cavad Mükafatı təqdim edilib.

Ramiz Qusarçaylı bu mükafata "Vətən" poemasına görə layiq görülüb. Müsabiqədə iştirak etmiş 32 gənc yazara isə Fəxri fərmanlar verilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO