Ayaz Qasımovu efirlərdən uzaq salan SƏBƏB – Qadağa, yoxsa...?

Ayaz Qasımovu efirlərdən uzaq salan SƏBƏB – Qadağa, yoxsa...?

Hazırda oxunan: Ayaz Qasımovu efirlərdən uzaq salan SƏBƏB – Qadağa, yoxsa...?

72186

Qısa bir müddətdə məhşurlaşan və toylara dəvət edilən müğənni Ayaz Qasımov son dövrlər telekanallardan uzaqlaşıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən müğənninin qardaşı və eyni zamanda köməkçisi Vüsal Qasımov bildirib ki, iş qrafiki gərgin olduğu üçün Ayaz Qasımov bir müddət efirlərə ara verib.

“Hazırda müğənni Ayaz Qasımov repertuarını zənginləşdirməklə məşğuldur. O, hazırda bir neçə mahnı üzərində işləyir.”

Müğənninin efirlərə dəvət edilməməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirən köməkçi qeyd edib ki, bugünün özündə də, Ayaz Qasımov TV proqramlardan dəvət alır.

“Ramazan ayını çıxsaq, Ayaz Qasımovun toy qrafiki çox sıxdır və eyni zamanda da yeni mahnıların hazırlanmasına kökləndiyi üçün müğənni efirlərə bir müddətlik ara verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO