Nazir tanınmış yazıçının evinə getdi - FOTO

Nazir tanınmış yazıçının evinə getdi - FOTO

Hazırda oxunan: Nazir tanınmış yazıçının evinə getdi - FOTO

71930

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov aprelin 28-də Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə 8 yanvar 2022-ci il tarixində dövlət başçısının sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Onun Azərbaycanın ədəbi ictimai həyatında fəal iştirakının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.
Daha sonra Anar Kərimov tərəfindən Vidadi Babanlıya "Şərəf" ordeni təqdim olunub.

Vidadi Babanlı ona qarşı göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO