Azərbaycandakı pravoslavlar Pasxa bayramını qeyd etdilər - FOTO

Azərbaycandakı pravoslavlar Pasxa bayramını qeyd etdilər - FOTO

Hazırda oxunan: Azərbaycandakı pravoslavlar Pasxa bayramını qeyd etdilər - FOTO

70996

“Xilaskar” Yevangelik-lüteran kilsəsində xristian dini icmaları Pasxa bayramını qeyd ediblər.

Bizim.Media xəbər verir ki, Pasxa bayramı münasibətilə salamlaşmalar və təbriklərdən sonra "Rəbb İsa Məsihin İzzəti (Üzüm Bağı)" tamaşası ilə başlayan tədbirdə Azərbaycandakı xristian dini icmaların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Pasxanı - İsa Məsihin insanları günahların qulu olmaqdan azadlığa çağırdığı məqamları bayram edən dini icma nümayəndələrini bayram münasibətilə təbrik edib. 
“Bibliya” cəmiyyətinin sədri Rasim Xəlilov 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsini xatırladıb, həmin vaxtlarda Azərbaycan xalqının dilindən və dinindən asılı olmayaraq, vahid məqsəd ətrafında sıx birləşdiyini diqqətə çatdırıb.

Daha sonra pravoslav və Katolik kilsələrinin kahinlərinin, “Həyat sözü” kilsəsinin keşişinin, müsəlman icmasının nümayəndələrinin təbrikləri səslənib.

Bayram tədbiri bədii hissə ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO