Gürcüstanın mədəniyyət xadimləri Gəncədə konsert verəcək - FOTO

Gürcüstanın mədəniyyət xadimləri Gəncədə konsert verəcək - FOTO

Hazırda oxunan: Gürcüstanın mədəniyyət xadimləri Gəncədə konsert verəcək - FOTO

70044

Xəbər verdiyimiz kimi, Gəncədə rəsmi səfərdə olan Gürcüstanın mədəniyyət xadimləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı şəhərin raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar dağıntıya məruz qalan binaların dağıntılarına gül qoyaraq, həlak olanların xatirəsini ehtiramla anıblar.

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanın mədəniyyət xadimləri ermənilərin Gəncədə dağıtdıqları əraziyə baş çəkdilər


Səfər zamanı qonaqlara  ermənilərin 44 gün müharibə dövründə döyüş zonasından çox aralıda, dinc əhaliyə qarşı törətdikləri terror aktları barədə ətraflı məlumat verilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sonra nümayəndə heyəti Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası ilə tanış olublar.

Səfər çərçivəsində mədəniyyət xadimləri teatrda konsert proqramı ilə çıxış edəcəklər. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO