12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək

12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək

Hazırda oxunan: 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində 300-dən çox tədbir keçiriləcək

643431

“Bu gündən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib. Yeddi gün davam edəcək sərgidə 32 ölkədən 59 nəşriyyat və təşkilat iştirak edir”.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərginin açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, builki sərgidə iştirakçıların sayına görə əvvəlki illərlə müqayisədə daha yüksək göstəricilər qeydə alınıb:

“Yerli iştirakçılar sırasında 148 nəşriyyat və təşkilat öz stendləri ilə təmsil olunur. Bununla yanaşı, beynəlxalq iştirakçılıqda da artım müşahidə edilir. Sərgidə dövlət qurumları, ali təhsil müəssisələri və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri də öz stendləri ilə təmsil olunur”.

Nazir müavini sərginin fəxri yazarlarının Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazarı Reyhan Yusifqızı olduğunu diqqətə çatdırıb. O, həmçinin bir sıra xarici ölkələrdən tanınmış yazarların da sərgiyə dəvət olunduğunu bildirib:

“Ümumilikdə, yeddi gün ərzində sərgi çərçivəsində 300-dən çox müxtəlif mövzulu tədbir keçiriləcək. Bu tədbirlər əsasən yerli və xarici yazarlarla görüşləri əhatə edəcək. Bununla yanaşı, ədəbiyyatın təbliği və təqdimatına həsr olunan tədbirlər və konfranslar da təşkil ediləcək”.

O bildirib ki, sərgidə kitab təqdimatları və görüşlərlə yanaşı, nəşriyyatlar arasında işgüzar əlaqələrin qurulması üçün də xüsusi məkan ayrılıb.

Nazir müavini qeyd edib ki, builki sərginin əsas mövzusu uşaqlara həsr olunub. Sərginin məqsədi uşaqları kitablara yaxınlaşdırmaq, ədəbiyyatın gənc nəsil arasında yayılmasını və təbliğini genişləndirməkdir:

“Bu baxımdan, sərgi ərazisində uşaqlar üçün xüsusi zonalar yaradılıb. Bütün məktəbləri və valideynləri uşaqları ilə birlikdə sərgidə iştirak etməyə dəvət edirik”. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO