Kann kinofestivalının qalibləri məlum oldu - SİYAHI - VİDEO

Kann kinofestivalının qalibləri məlum oldu - SİYAHI - VİDEO

Hazırda oxunan: Kann kinofestivalının qalibləri məlum oldu - SİYAHI - VİDEO

615062

2026-cı il Kann kinofestivalı başa çatıb və mayın 23-də keçirilən bağlanış mərasimində qaliblər elan olunub.

Bizim.Media  xəbər verir ki, festival iki həftə ərzində dünya kinosunun ən səs-küylü premyeraları ilə diqqət çəkib.

Festivalın qırmızı xalçasında çoxsaylı dünya ulduzları iştirak edib. Müxtəlif günlərdə premyeralara Demi Mur, Keyt Blanşett, Maykl Fassbender, İzabel Yupper, Barbara Palvin, Bella Hədid, Xavier Bardem və Karla Bruni qatılıb.

Festivalın əsas mükafatı olan “Qızıl Palma Budağı” rumıniyalı rejissor Kristian Mungiunun “Fyord” filminə verilib. Bununla da ABŞ şirkəti olan NEON ardıcıl yeddinci dəfə kinofestivalın qalibi olub.

Festivalın “Qran-pri” mükafatını rusiyalı rejissor Andrey Zvyagintsev “Minotavr” filmi ilə qazanıb.

Bu il Kann festivalında bir neçə nominasiyada heç-heçə qeydə alınıb. “Ən yaxşı kişi rolu” mükafatını “Qorxaq” (“Trus”) filmindəki roluna görə Emmanuel Maççia və Valentin Kampan bölüşüb.

“Ən yaxşı qadın rolu” isə “Qəfil” (“Vnezapno”) filminə görə Virjini Efira və Et Tao Okamotoya təqdim olunub.

“Ən yaxşı rejissor” nominasiyasında da birdən çox qalib olub – Paveł Pavlikovski “Vətən” filmi ilə, Javier Kalvo və Javier Ambrossi isə “Qara Kürə” filmi ilə mükafata layiq görülüb.

Festival çərçivəsində aktyor Con Travolta kinoya xüsusi töhfələrinə görə fəxri “Qızıl Palma Budağı” ilə təltif edilib.

Hər il gənc aktyorlara təqdim olunan “Trophée Chopard” mükafatı isə Odessa Ezaion və Konnor Suindellsə verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO