Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

Hazırda oxunan: Tanınmış ifaçı Opera Teatrını məhkəməyə verir

606182

“Heç vaxt ağlıma da gəlməzdi ki, mənə tamaşalardan, oxuduğum ifalardan, yaradıcılığımdan paylaşımlar etdirən teatr, bir gün mənə instaqramda vəkil axtarmağı da məcbur edəcək. Qismətdə bu da varmış, amma dəyər, teatr və mədəniyyət naminə dəyər!”

Bizim.Media “Musavat.com”a istinadən bildirir ki, bu sözləri tanınmış vokal ifaçısı Azər Rzazadə sosial media hesabında paylaşıb.

İfaçı daha sonrakı paylaşımında Mədəniyyət Nazirliyinə dəvət olunduğunu da qeyd edib.



Azər Rzazadə Xalq artisti Zaur Rzayevin oğludur. Xatırladaq ki, artıq bir neçə gündür tanınmış opera və balet ifaçıları ilə Opera və Balet Teatrı arasında ciddi qalmaqal yaşanır.
 

Xalq artistləri Əvəz Abdulla, Yalçın Adıgözəlzadə və Kamilla Hüseynova haqsız şəkildə teatrdan uzaqlaşdırıldıqlarını açıqlayıblar. Onların səsləndirdiyi ittihamlar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.


Opera və Balet Teatrı isə yayılan bu iddialara münasibət bildirərək məsələyə aydınlıq gətirməyə çalışıb. Teatrdan həmin sənətçilərin hansı səbəblərdən işdən uzaqlaşdırıldıqlarını əsaslarla bəyan edilib və qərarın müəyyən daxili qaydalar və peşə prinsipləri çərçivəsində verildiyini vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO