Xalq yazıçısı Anar vida mərasimində səhnəyə çıxaraq mərhum Xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO
Bizim.Media xəbər verir ki, Anar aktyorun yaradıcılığında danışaraq, oynadığı obrazlardan söz açıb:
"Belə bir gündə danışmaq ağırdır. Çünki dəyərli insanı - Rasim Balayevi itirdik. Azərbaycan kinosunun ən böyük siması idi. Kinomuz yaşadıqca o da yaşayacaq.
Rasimlə biz sənət dostu idik. Mənim filmlərimdə də Rasimi öldürürdük. "Babək"də də, "Nəsimi"də də, "Dədə Qorqud"da canlandırdığı Beyrək də də onu ölürdük. Amma o ölərək böyük simaları yaşadır, əbədi ömür verirdi.
Bu gün Rasim də dünyasını dəyişdi. Onun sənəti, insani keyfiyyətləri, həmişə bizimlə olacaq. Allah Rasimə rəhmət eləsin". (axsam.az)
Bizim.Media





























































































