Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Türkiyədə vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
“Qafqazinfo” 78 il yaşasa da, yaddaşlarda iz qoyan aktyorun həyat və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir:
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirən aktyor 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan məzun olub.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi” , “Babək” , “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Rasim Balayevin çoxsaylı filmlərdə rol almasına baxmayaraq onun yaradıcılığının zirvəsi “Babək” filmində oğlu Buğdayla dialoqu olub.
Filmdən həmin fraqmenti təqdim edirik: (Qafqazinfo.az)
Bizim.Media





























































































