Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Hazırda oxunan: Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

601894

Ağdam şəhərində Əməkdar kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramına start verilib.
 

Qastrol proqramı çərçivəsində Ağdam Muğam Mərkəzində keçirilən konsertdə orkestr bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə çıxış edib. Proqramda bəstəkar və xalq mahnıları səsləndirilib.


Bildirilib ki, ağdamlı musiqisevərlər bayram əhval-ruhiyyəli konsert proqramını böyük maraqla izləyiblər.

Qeyd edək ki, mart ayında qastrol proqramı Ağdamla yanaşı Laçın, Gəncə və Mingəçevir şəhərlərini də əhatə edəcək.

Bildirilib ki, orkestr martın 17-də Laçında “LaCinema” kinoteatrında konsert proqramı ilə çıxış edəcək.
 

Həmçinin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası martın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təqdim edəcək.


Martın 28–29-da isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi Heydər Əliyev Mərkəzində və Mingəçevir Dövlət Dram Teatrında çıxış edəcək.








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO