"Xocalıda baş vermiş səhnənin təkrarı qurulmuşdu. Hava da yağışlı idi. Bizi də oraya helikopterlə gətirmişdilər. Mühərrikini söndürmürdülər, çünki ermənilər gəlib atəş aça bilərdilər. Həmin kadrları çəkmək çox çətin idi. Yer palçıq, əynimizdə isə əsgər paltarı və avtomat var idi".
Bizim.Mediaxəbər verir ki, bu fikirləri Xalq artisti Hacı İsmayılov Baku TV-nin "Retro Baku" verilişinin aktyor Ceyhun Mirzəyevə həsr olunan buraxılışında “Fəryad” filmi ilə bağlı danışarkən deyib.
Verilişdə Mərhum aktyorun sənət dostları, yaxınları onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.
C.Mirzəyevin mərhum xanımı Lidiya Mirzəyeva onun ölüm anı ilə bağlı bu sözləri deyib:
"Tez uzandırıb təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayaqlarını isti suya qoydum, amma xeyri olmadı. Bir anlıq gözlərini açıb qızımız Cəmaləni çağırdı, üzünə baxdı və gözlərini yumdu. Elə bildik, yuxulayıb, amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb".
Qeyd edək ki, bu yaxınlarda Ceyhun Mirzəyevin yeganə qızı Cəmalənin Rusiyada küçədə acınacaqlı vəziyyətdə yaşadığı xəbəri yayılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
08:52 / 24.11.2025
Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır? – VİDEO
Hazırda oxunan: Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır? – VİDEO
Hazırda oxunan: Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır? – VİDEO
582035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































