Daha bir məmur işindən AYRILDI – 15 illik fəaliyyət bitdi 

Daha bir məmur işindən AYRILDI – 15 illik fəaliyyət bitdi 

Hazırda oxunan: Daha bir məmur işindən AYRILDI – 15 illik fəaliyyət bitdi 

58093

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov vəzifəsindən ayrılıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” hesabında paylaşım edib. 

15 illik mədəniyyət sahəsindəki fəaliyyətini bitirməyə qərar verən C. Məlikov çalışdığı müddətdə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanına layiq görülüb. 

Qarşısına yeni hədəflər qoyduğunu bildirən Cəlil Məlikov karyerasını hansı sahədə davam etdirəcəyi barədə məlumat verməyib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO