Rus Dram Teatrı bu müddətdə fəaliyyət göstərməyəcək - Ədalət Hacıyevdən AÇIQLAMA  

Hazırda oxunan: Rus Dram Teatrı bu müddətdə fəaliyyət göstərməyəcək - Ədalət Hacıyevdən AÇIQLAMA  

55528

Rus Dram Teatrında 3 aktyorun COVİD-19 a yoluxması səbəbi ilə tamaşaların ləğv olunması haqqında oxucularımıza məlumat vermişdik. 

Teatrın hazırki fəaliyyətinin necə təşkil olunması barədə Bizim.Media olaraq Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdən açıqlama aldıq.
 

MÖVZU İLƏ BAĞLI:

Rus dramasında “Stalin” tamaşasına qadağa qoyuldu – Yazıçı Elçindən ÖZƏL AÇIQLAMA


Onun sözlərinə görə, karantin müddəti bitənə qədər teatrın qapıları tamaşaçılara qapalı olacaq:

"Rus Dram Teatrı 2 həftə fəaliyyət göstərməyəcək. Karantin müddəti bitdikdən sonra qaldığımız yerdən davam edəcəyik". 

Ədalət Hacıyev alınan biletlərin aqibəti barəsində də məlumat verib: 

"Tamaşaçılar alınmış biletləri kassaya yaxınlaşaraq qaytara bilərlər. Həmçinin alınmış biletlər növbəti tamaşalar üçün də məqbul sayılacaq". 

Səkinə Yusibli,  Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO