
- A-
- A
- A+
Mədəniyyət
23:11 / 22.12.2021
Bakıda braziliyalı rəssamın sərgisi açıldı - FOTO/VİDEO
Hazırda oxunan: Bakıda braziliyalı rəssamın sərgisi açıldı - FOTO/VİDEO
52023
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılıb.
Mərkəzdən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda ilk dəfə keçirilən “Minnətdarlıq” (“Gratitude”) adlı sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdirilib.
Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola biləcəklər.
Heydər Əliyev Mərkəzində təşkil ediləcək “Minnətdarlıq” sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.
Qeyd edək ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































